Xəzər Xəbər

Azərbaycan–Ukrayna qarşılaşması baş tutmayıb

İdman | 12:36 • 20 İyul 2019
Azərbaycan–Ukrayna qarşılaşması baş tutmayıb

Moskvada təşkil olunan çimərlik futbolu üzrə dünya çempionatının seçmə oyunları çərçivəsində bu gün keçirilməli olan Azərbaycan–Ukrayna qarşılaşması baş tutmayıb.


Xezerxeber.az AFFA-ya istinadən xəbər verir ki, buna səbəb Ukrayna millisinin Rusiyadakı turnirdə iştirakdan imtina etməsi olub.


Millimiz iyulun 21-də İspaniya, bir gün sonra isə Latviya yığması ilə qarşılaşacaq.


Qeyd edək ki, qazanılacaq nəticələrdən asılı olmayaraq, hər 3 komanda növbəti mərhələdə də iştirak edəcək.

Xəbər lenti