Xəzər Xəbər

AVRO-2020-nin bilet satışında rekord qeydə alınıb

İdman | 15:09 • 15 İyul 2019
AVRO-2020-nin bilet satışında rekord qeydə alınıb

AVRO-2020-nin final mərhələsinə bilet satışının birinci mərhələsi rekordla əlamətdar olub.


APA-nın məlumatına görə, UEFA 19 milyon 300 min bilet üçün müraciət alıb.


AVRO-2016-nın analoji dövründə bu rəqəm 11 milyon olub. 2020-ci il iyulun 12-də Londonun "Uembli” stadionunda keçiriləcək finala bilet əldə etmək istəyənlərin sayı 1,9 milyon təşkil edib. Bu, stadionun tutumundan təxminən 22 dəfə çoxdur.


Qeyd edək ki, AVRO-2020-nin dörd oyunu Azərbaycanda keçiriləcək. Bakı Olimpiya Stadionu qrup mərhələsinin üç, 1/4 finalın bir matçına ev sahibliyi edəcək.

Xəbər lenti