Xəzər Xəbər

“Sampdoriya” kolumbiyalı futbolçu ilə müqavilə bağlayıb

İdman | 10:16 • 14 İyul 2019
“Sampdoriya” kolumbiyalı futbolçu ilə müqavilə bağlayıb

İtaliyanın "Sampdoriya” klubu heyətinə yeni futbolçu qatıb.


APA-nın məlumatına görə, Genuya təmsilçisi İspaniyanın "Valensiya” klubundan Murilyonu transfer edib.


Kolumbiyalı müdafiəçi ilə 2023-cü ilin yayına qədər müqavilə imzalanıb. O, 2019/20 mövsümünün sonunadək icarə əsasında çıxış edəcək. "Sampdoriya” buna görə ispaniyalılara 2 milyon avro ödəyəcək.


Anlaşmaya görə Genuya klubu bir ildən sonra futbolçunun keçidi üçün 12 milyon avro ödəyərək onun transfer hüququna da yiyələnəcək.


Qeyd edək ki, 27 yaşlı müdafiəçi 2017-ci ildən "Valensiya”da çıxış edirdi. Ötən mövsümün ikinci yarısında isə icarə əsasında "Barselona”nın şərəfini qoruyub.

Xəbər lenti