Xəzər Xəbər

“İnter” və “Milan” yeni stadionun layihəsini Milan Şəhər Şurasına təqdim edib

İdman | 13:14 • 13 İyul 2019
“İnter” və “Milan” yeni stadionun layihəsini Milan Şəhər Şurasına təqdim edib

"İnter” və "Milan” futbol klubları Milan Şəhər Şurasına köhnə "San-Siro” stadionunun yaxınlığında tikiləcək yeni ümumi stadionun layihəsini təqdim ediblər.


AZƏRTAC ANSA agentliyinə istinadla xəbər verir ki, bu layihə indiki "Cezeppe Meatsa” stadionunun yerləşdiyi ərazidə yeni müasir idman meydançasının inşası üçün ümumi dəyəri 1,2 milyondan çox investisiyanın cəlb edilməsini nəzərdə tutur.


"Biz elə həmin ərazidə, köhnə stadionun yerində yeni "San-Siro”nu tikəcəyik. Köhnə stadion söküləcək və onun yerini yeni konstruksiya alacaq”, -deyə "Milan” klubunun prezidenti Paolo Skaroni söyləyib.


"Klublar layihəni birgə həyata keçirirlərmi?” sualına "İnter” klubunun baş direktoru Alessandro Antonello "əlbəttə” deyə cavab verib.


Xatırladaq ki, iyunun 24-də hər iki klub sökülməli olan "San Siro” stadionunun əvəzinə yeni stadionun tikilməsinə dair qərar qəbul etdikləri barədə açıqlama vermişdilər.

Xəbər lenti