Xəzər Xəbər

FIFA qadın yığma komandalarının reytinqini elan edib

İdman | 15:52 • 12 İyul 2019
FIFA qadın yığma komandalarının reytinqini elan edib

Beynəlxalq Futbol Federasiyaları Assosiasiyası (FIFA) Fransada keçirilən dünya çempionatının yekunlarına əsasən qadın yığma komandalarının reytinqini yeniləyib.


Reytinqin birinci və ikinci yerlərinə dəyişikliklər olmayıb. Ötən dünya çempionatının qalibi ABŞ (2180 xal) və Almaniya yığması (2059 xal) reytinqdə yenə də liderlik edirlər. Turnirin finalçısı olan Niderland yığması (2037 xal) səkkizinci pillədən üçüncü pilləyə qalxıb. Turnirin bürünc mükafatçısı olan İsveç komandası üç pillə qalxaraq hazırda reytinqdə altıncı yerdədir (2021 xal).


Dördüncü yerdə Fransa yığması (2029), beşinci – İngiltərə (2027), yeddinci – Kanada (1976), səkkizinci – Avstraliya (1965), doqquzuncu yerdə KXDR (1940) qərarlaşıb. İlk onluğu braziliyalılar (1938) qapayır.


ABŞ komandası dünya çempionatlarında dörd qələbəyə malikdir. Almaniyalı futbolçular dünya birinciliyini iki dəfə, norveçlilər və yaponlar isə hərəyə bir dəfə əldə ediblər.

Xəbər lenti