Xəzər Xəbər

Azərbaycan boks yığmasının baş məşqçisi istefa verib

İdman | 16:43 • 9 İyul 2019
Azərbaycan boks yığmasının baş məşqçisi istefa verib

Boks üzrə kişilərdən ibarət Azərbaycan milli komandasının baş məşqçisi Vaqif Şirinov istefa ərizəsi ilə federasiya rəhbərliyinə müraciət edib.


APA-nın xəbərinə görə, bu barədə məlumatı Azərbaycan Boks Federasiyasının rəsmi saytı yayıb.


Bildirilir ki, çalışdırıcı bunu səhhəti ilə əlaqələndirib: "Vaqif Şirinovun istefası ilə bağlı müraciətinə Azərbaycan Boks Federasiyasının rəhbərliyi baxaraq, qərar verəcək”.


Qeyd edək ki, V. Şirinov ötən ilin noyabrında komandaya baş məşqçi təyin olunmuşdu. O, bunadək 2 il ərzində gənclərdən ibarət millimizi çalışdırıb.

Xəbər lenti