Xəzər Xəbər

Misir Futbol Assosiasiyasının başçısı istefa verib

İdman | 09:40 • 7 İyul 2019
Misir Futbol Assosiasiyasının başçısı istefa verib

Misir Futbol Assosiasiyasının (MFA) başçısı Xani Abo Rida ölkə millisinin Misirdə keçirilən Afrika millətlər kubokunun 1/8 finalında məğlubiyyətə uğramasından sonra istefaya gedib.


AZƏRTAC yerli KİV-ə istinadla xəbər verir ki, Afrika millətləri kubokunun 1/8 final matçında Misir millisi Cənubi Afrika Respublikasının komandasına 0:1 hesabı ilə uduzub. Bu məğlubiyyətdən sonra, həmçinin meksikalı məşqçi Havyer Aqirre başda olmaqla, bütün məşqçi heyəti istefaya göndərilib.


Misir millisinin ev turnirindəki uğursuz çıxışına görə məsuliyyəti 60 yaşlı meksikalı məşqçı Havyer Aqirre öz üzərinə götürüb.

Xəbər lenti