Xəzər Xəbər

"Vilyarreal" Enes Ünalı icarəyə verdi

İdman | 16:28 • 6 İyul 2019
"Vilyarreal" Enes Ünalı icarəyə verdi

İspaniyanın "Vilyarreal" klubu hücumçusu Enes Ünalı icarəyə verib.

Türkiyə millisinin üzvü La Liqanın digər klubu "Real Valyadolid"də çıxış edəcək. Klub saytının məlumatına görə, 22 yaşlı forvardla bir illik müqavilə imzalanıb.

"Vilyarreal" ötən mövsümdə Enes Ünalı "Real Valyadolid"ə icarəyə vermişdi. Türkiyəli futbolçu 34 oyuna 6 qol vurub, 3 assist etmişdi.

Xəbər lenti