Xəzər Xəbər

Türkiyə millisinin üzvü rəsmən "Yuventus"da

İdman | 16:23 • 6 İyul 2019
Türkiyə millisinin üzvü rəsmən "Yuventus"da

Türkiyə millisinin müdafiəçisi Merih Demiral karyerasını "Yuventus"da davam etdirəcək.

XəzərXəbər klubun saytına istinadənxəbər verir ki, Turin təmsilçisi 21 yaşlı futbolçu ilə 5 illik müqavilə bağlayıb. "Ağ-qaralar" bu keçid üçün "Sassuolo" klubuna 18 milyon avro təzminat ödəyib.

Demiral ötən mövsüm "Alanyaspor"dan "Sassuolo"ya keçmişdi. "Fənərbaxça"nın yetirməsi olan gənc oyunçu Türkiyənin bütün yaş qruplarından ibarət yığmalarında çıxış edib.


Xəbər lenti