Xəzər Xəbər

"Fənərbaxça" sabiq "Qalatasaray"lını icarəyə götürdü

İdman | 12:16 • 5 İyul 2019
"Fənərbaxça" sabiq "Qalatasaray"lını icarəyə götürdü

Türkiyənin "Fənərbaxça" klubu transfer fəaliyyətini davam etdirir.

XəzərXəbər "TRT Spor"a istinadən xəbər verir ki, İstanbul təmsilçisi Səudiyyə Ərəbistanının "Əl-İttihad" klubundan Qarri Rodriqesi icarəyə götürüb. Kabo-verdeli futbolçu iki il "sarı-lacıvərdlilər"də çıxış edəcək.

Qeyd edək ki, Rodriqes 2017-2019-cuillərdə "Qalatasaray"da çıxış edib. 27 yaşlı vinger ilin əvvəlində 9 milyon avro qarşılığında "Əl-İttihad"a transfer olmuşdu.

Xəbər lenti