Xəzər Xəbər

Subotiç Bundesliqaya qayıtdı

İdman | 12:12 • 5 İyul 2019
Subotiç Bundesliqaya qayıtdı

Yeni mövsüm Almaniya Bundesliqasında mübarizə aparacaq "Yunion Berlin" klubu növbəti transferini açıqlayıb.

XəzərXəbər klubun saytına istinadən xəbər verir ki, Berlin təmsilçisi Fransa "Sent-Etyen"indən ayrılan Neven Subotiçi sıralarına qatıb. 30 yaşlı müdafiəçi ilə iki illik müqavilə imzalanıb.

Serbiya millisinin sabiq üzvü daha öncə Bundesliqada "Maynts", "Borussiya" (Dormtund) və "Köln"də çıxış edib.

Xəbər lenti