Xəzər Xəbər

PSJ növbəti transferini açıqladı

İdman | 12:07 • 5 İyul 2019
PSJ növbəti transferini açıqladı

PSJ "Mançester Yunayted"dən ayrılan Ander Herreranı transfer edib.

XəzərXəbər klubun saytına istinadənxəbər verir ki, Paris təmsilçisi ispaniyalı yarımmüdafiəçi ilə 5illik müqavilə imzalayıb. 29 yaşlı futbolçu həftəlik 300 min funt-sterlinq maaş alacaq.

İspaniya "Saraqosa"sının akademiyasında yetişən Herrera 2011-ci ildə 7,5 milyon avroya Bilbao "Atletik"inə keçmişdi. 2014-cü ildə "Mançester Yunayted" futbolçunu 36 milyon avro qarşılığında transfer etmişdi.

Xəbər lenti