Xəzər Xəbər

İbrahim Şehiç "Qarabağ"a qayıdır?

İdman | 17:07 • 3 İyul 2019
İbrahim Şehiç "Qarabağ"a qayıdır?

Ötən yay "Qarabağ"dan ayrılaraq, Türkiyənin "Ərzurumspor" klubuna keçən İbrahim Şehiçlə bağlı yeni iddia yayılıb.

Bosniya və herseqovinalı qapıçı "Kasımpaşa", "Trabzonspor" və "Qarabağ" klublarının transfer hədəfindədir. Şehiçin Super Liqa ilə vidalaşan klubda qalmaq ehtimalı da var.

"Ərzurumspor”un prezidenti Hüseyn Ünes beşlegionerin komandanı tərk edəcəyini deyib. Klub rəhbəri 30 yaşlı qolkiperi komandada saxlamaq istədiklərini söyləyib.

Qeyd edək ki, Şehiçin "Ərzurumspor”la müqaviləsi 2020-ci ilin yayına qədərdir. Bosniya və Herseqovina millisinin üzvü2013-2018-ci illərdə"Qarabağ”da çıxış edib.

Xəbər lenti