Xəzər Xəbər

"Qalatasaray"dan iki rəsmi transfer FOTO

İdman | 11:28 • 3 İyul 2019
"Qalatasaray"dan iki rəsmi transfer

"Qalatasaray" növbəti transferlərini açıqlayıb.

XəzərXəbər klubun saytına istinadən xəbər verir ki, İstanbul təmsilçisi "Fənərbaxça"dan ayrılan 29 yaşlı müdafiəçi Şener Özbayraklı ilə 2 illik müqavilə imzalayıb.

Bundan əlavə, İsveç millisinin yarımmüdafiəçisi Cimmi Durmaz da "sarı-qırmızılar"a transfer olub. 30 yaşlı futbolçu ilə 3 illik müqavilə imzalanıb. Durmazın son klubu Fransa "Tuluza"sı olub.

Xəbər lenti