İngiltərənin "Arsenal" klubu yeni transferini açıqlayıb.
XəzərXəbər klubun saytına istinadən xəbər verir ki, London təmsilçisi Braziliyanın "İtuano" klubunun hücumçusu Qabriel Martinellini transfer edib. 18 yaşlı futbolçu ilə uzun müddətli sözləşmə imzalanıb. Topçular braziliyalı forvard üçün 6 milyon funt-sterlinq təzminat ödəyib.
Martinelli 2010-2014-cü illərdə "Korintians"ın akademiyasında olub. Gənc futbolçu 2014-cü ildə "İtuano"ya keçmişdi.