Xəzər Xəbər

"Tottenhem"dən rəsmi transfer - 517 gündən sonra

İdman | 15:54 • 2 İyul 2019
"Tottenhem"dən rəsmi transfer - 517 gündən sonra

İngiltərənin "Tottenhem" klubu uzun müddətdən sonra ilk transferini reallaşdırıb.

XəzərXəbər klubun saytına istinadən xəbər verir ki, Şimali London təmsilçisi "Lids"in hücumameyilli yarımmüdafiəçi Cek Klarkı 10 milyon funt-sterlinqə transfer edib. 18 yaşlı futbolçu ilə 2023-cü ilə qədər müqavilə imzalanıb və 1 mövsümlük "Lids"ə icarəyə verilib.

"Tottenhem" sonuncu dəfə 2018-ci ilin yanvarın 31-də PSJ-dən Lukas Mouranı transfer etmişdi.

Klark ötən mövsüm Çempionşipdə 24 oyuna 2 qol vurub, 2 assist edib.

Xəbər lenti