Xəzər Xəbər

Əmrə rəsmən "Fənərbaxça"da

İdman | 14:23 • 2 İyul 2019
Əmrə rəsmən "Fənərbaxça"da

"Fənərbaxça" yeni transferini açıqlayıb.

XəzərXəbər klubun saytına istinadən xəbər verir ki, İstanbul təmsilçisi "Başakşəhər"dən ayrılanƏmrə Belözoğlunu heyətinə qatıb. 38 yaşlı yarımmüdafiəçi ilə 1 illik müqavilə imzalanıb. Türkiyə millisinin üzvü "sarı-lacıvərdlilər"də 5 nömrəli formada çıxış edəcək.

Sentyabrda 39 yaşı tamam olacaq Əmrə 2008-2012 və 2013-2015-ci illərdə "Fənərbaxça"da çıxış edib. Təcrübəli futbolçu 2015-ci ildə"Başakşəhər"ə keçmişdi.

Xəbər lenti