Xəzər Xəbər

Koutinyo "Liverpul"a qayıdır?

İdman | 13:12 • 2 İyul 2019
Koutinyo "Liverpul"a qayıdır?

"Liverpul" ötən il "Barselona"ya 145 milyon avroya satdığı Filipe Koutinyonu transfer etmək istəyir.

XəzərXəbər "Le10sport"a istinadən xəbər verir ki, kataloniyalılardan ayrılmaq istəyən braziliyalı futbolçu "Liverpul"a qayıtmağa müsbət yanaşır. 27 yaşlı yarımmüdafiəçitəklif gələcəyi halda, "qırmızılar"la anlaşmağa çalışacaq.

"Barselona" PSJ və "Mançester Yunayted"in də maraqlandığı iddia edilən futbolçunun keçidi üçün 100 milyon avro tələb edir.

Braziliya millisinin üzvü ötən mövsüm 54 oyuna 11 qol vurub, 5 assist edib.

Xəbər lenti