Xəzər Xəbər

Neymar yaxın günlərdə PSJ-ni tərk edəcək

İdman | 11:07 • 2 İyul 2019
Neymar yaxın günlərdə PSJ-ni tərk edəcək

Fransanın PSJ futbol klubunun hücumçusu Neymar komandanı yaxın transfer pəncərəsi dövründə tərk etmək niyyətindədir.

Qeyd edilir ki, oyunçu tətil etməyi planlaşdırır və klubun yay toplanışında iştirak etməyəcək. Buna səbəb Neymarın parislilərin heyətində qəti şəkildə oynamaq istəməməsidir.

Məlumata görə, futbolçu"Barselona”ya satılmasını istəyir. O, artıq klubla 5 illik müqaviləni də razılaşdırıb. Lakin PSJ kosmik məbləğdə pul ödədiyi Neymarı transfer etmək istəmir. Bundan əlavə, mövsümdə Neymarın transfer qiyməti də azalıb.

Neymar PSJ-yə "Barselona"dan dünya futbolu üçün rekord göstərici sayılan 222 milyon avroya keçib. Onun müqaviləsi 2022-ci ilin yayında başa çatacaq.


Xəbər lenti