Xəzər Xəbər

"İnter"dən 75 milyon avroluq təklif

İdman | 18:02 • 1 İyul 2019
"İnter"dən 75 milyon avroluq təklif

"İnter" Romelu Lukaku üçün "Mançester Yunayted"ə yeni təkliflə müraciət etməyə hazırlaşır.


"The Sun" xəbər verir ki, Milan klubu beliçkalı ulduz üçün ingilislərə 75 milyon funt-sterlinq (83,6 milyon avro) təklif edəcək.


Bildirilir ki, bu transfer üçün maliyyə qaynağı yaratmağa çalışan "İnter" Joao Marionu "Monako"ya, Dalberti isə "Lion"a satmaq niyyətindədi. İtaliya klubu bu satışlardan 40 milyon funt-sterlinq (44,5 milyon avro) gəlir əldə etməyi hədəfləyir.


Qeyd edək ki, Lukaku "Mançester Yunayted"ə 2017-ci ildə "Everton"dan 84,7 milyon avroya transfer olunub. Hazırda "Transfermarkt"ın 75 milyon avro qiymət qoyduğu 26 yaşlı belçikalı forvard ötən mövsüm oynadığı 45 rəsmi matçda 15 qol vurub və 4 məhsuldar ötürmə edib.


Fanat.Az

Xəbər lenti