Xəzər Xəbər

"Real"dan "Liverpul"a təklif: onu ver, bunu al

İdman | 17:52 • 1 İyul 2019
"Real"dan "Liverpul"a təklif: onu ver, bunu al

Bu yay transferə 300 milyondan artıq pul xərcləyən "Real" axtarışlarını davam etdirir.


"Mançester Yunayted"dən Paul Poqba və "Tottenhem"dən Kristian Erikseni heyətinə qatmağa çalışan "Kral Klubu" "Liverpul"un aparıcı futbolçularından biri olan Sadio Manedən də əl çəkmir.


"Daily Express"in məlumatına görə, "Real" seneqallı futbolçu üçün İngiltərə klubuna yeni təkliflə müraciət etməyə hazırlaşır. İddia olunur ki, Madrid təmsilçisi Maneyə qarşılıq Marko Asensionu "Liverpul"a təklif edəcək.


Qeyd edək ki, Mane 2016-cı ildə "Sautqempton"dan "Liverpul"a 41,2 milyon avroya transfer olunub. Hazırda "Transfermarkt"ın 120 milyon avro qiymət qoyduğu 27 yaşlı forvard 123 dəfə geyindiyi qırmızı forma ilə 59 qol vurub və 22 məhsuldar ötürmə edib.


Asensio isə 2016-cı ildə "Malyorka"dan "Real"a 3,5 milyon avroya transfer olunub. "Transfermarkt"ın 60 milyon avroya qiymət qoyduğu 23 yaşlı forvard 135 oyunda 27 qol vurub və 1 qol ötürməsi verib.


Fanat.Az

Xəbər lenti