Xəzər Xəbər

Mbappedən PSJ qərarı müqaviləni uzatmaq istəmir

İdman | 16:51 • 1 İyul 2019
Mbappedən PSJ qərarı

Fransa millisinin üzvü Kilian Mbappe PSJ ilə müqaviləni uzatmaq istəmir.

"Marca" xəbər verir ki, Fransa klubu 20 yaşlı hücumçunun 2022-ci ilə qədər olan sözləşməsini yeniləmək istəyir. Ancaq gənc ulduz bu təklifə müsbət yanaşmır.

Xəbərdə Madrid "Real"ının Mbappenin transferi üçün PSJ-nin tələb etdiyi 230 milyon avronu bu yay ödəmək fikrində olmadığı vurğulanıb.

Fransalı hücumçu ötən mövsüm 43 oyuna 39 qol vurub, 17 assist edib.

Xəbər lenti