Xəzər Xəbər

"Atletiko"nun yeni transfer hədəfi: Ante Rebiç

İdman | 16:46 • 1 İyul 2019
"Atletiko"nun yeni transfer hədəfi:

Transfer fəaliyyətini davam etdirən "Atletiko"nun hədəfində olan daha bir futbolçu müəyyənləşib.

Madrid təmsilçisinin baş məşqçisi Dieqo Simeone sərəncamında Almaniyanın "Ayntraxt" klubunun hücumçusu Ante Rebiçi görmək istəyir. Bu barədə"Sky Sports Germany" məlumat yayıb. Xəbərdə Frankfurt klubunun "Atletiko"dan bu keçid üçün 40 milyon avro tələb etdiyi vurğulanıb.

25 yaşlı futbolçu 2016-cı ildən Bundesliqa klubunda çıxış edir. Xorvatiya millisinin üzvü ötən mövsüm 38 oyuna 10 qol vurub, 6 assist edib.

Xəbər lenti

Çox oxunanlar