Xəzər Xəbər

"Çelsi" 5 futbolçu ilə yollarını ayırdığını açıqladı

İdman | 16:27 • 1 İyul 2019
"Çelsi" 5 futbolçu ilə yollarını ayırdığını açıqladı
İquaindən başqa digər 4 oyunçunun London təmsilçisi ilə sözləşməsi başa çatıb.


İngiltərənin "Çelsi" klubu 5 futbolçu ilə yollarını ayırdığını açıqlayıb.

XəzərXəbər klubun rəsmi saytına istinadən xəbər verir ki, bunlar qapıçılar Robert Qrin ilə Eduardu Karvalyu, müdafiəçi Qari Kehil, yarımmüdafiəçi Kayl Skott və hücumçu Qonzalo İquaindir.

İquaindən başqa digər 4 oyunçunun London təmsilçisi ilə sözləşməsi başa çatıb. Argentinalı forvadın isə icarə müddəti bitib. "Çelsi" onunla yeni saziş bağlamayıb və İquain müqavilə ilə məxsus olduğu İtaliyanın "Yuventus" komandasına qayıdıb.


Xəbər lenti