Xəzər Xəbər

"Minsk 2019": Karateçilər mübarizəyə qoşulur

İdman | 11:05 • 29 İyun 2019
"Minsk 2019": Karateçilər mübarizəyə qoşulur

Bu gün "Minsk 2019" II Avropa Oyunlarında IX günə start veriləcək.

XəzərXəbər "Report"a istinadən xəbər verir ki, idmançılar 28 dəst medal uğrunda mübarizə aparacaqlar. Azərbaycan təmsilçiləri 4 idman növündə yarışacaqlar.

İlk olaraq karateçilər qüvvələrini sınayacaq. Roman Heydərov kata, İrina Zaretska və Asiman Qurbanlı kumite yarışlarında medal qazanmağa cəhd göstərəcəklər.

Azərbaycanın son üç yunan-Roma güləşçisi də bu gün mübarizəyə qoşulacaq. Bundan əlavə boksçu Alfonso Dominqes finalda qızıl medal qazanmaq üçün döyüşəcək. Ölkənin idman gimnastı İvan Tixonov da öz bacarıqlarını göstərməyə çalışacaq.

Karate
10:20. Kişilər, kata
Roman Heydərov

12:00. Qadınlar, 68 kq
İrina Zaretska – Silviya Semeraro (İtaliya)
12:20. Qadınlar, 68 kq
İrina Zaretska – Alize Aqier (Fransa)
12:35. Qadınlar, 68 kq
İrina Zaretska – Miroslava Kopunova (Slovakiya)

13:30. Kişilər, 84 kq
Asiman Qurbanlı – Tirol Darnel Lardi (Hollandiya)
13:50. Kişilər, 84 kq
Asiman Qurbanlı – Conatan Horne (Almaniya)
14:05. Kişilər, 84 kq
Asiman Qurbanlı – Alparslan Yamanoğlu (Türkiyə)

Yunan-Roma güləşi
12:20. 87 kq, 1/8 final
İslam Abbasov – Nikolay Dobrev (Serbiya)

13:00. 97 kq, 1/8 final
Orxan Nuriyev – Daniel Qastl (Avstriya)

13:10. 130 kq, 1/8 final
Sabah Şəriəti – Ante Milkoviç (Xorvatiya)

İdman gimnastikası
15:00. Kişilər, çoxnövçülük
İvan Tixonov

Boks
18:55. 81 kq, final
Alfonso Dominqes – Bencamin Vittaker (Böyük Britaniya)

Xəbər lenti