Xəzər Xəbər

"Qalatasaray" 7 transferi açıqlayır SİYAHI

İdman | 17:43 • 28 İyun 2019
"Qalatasaray" 7 transferi açıqlayır

"Qalatasaray" transfer çalışmalarını sürətləndirib.


İstanbul klubu qarşıdakı 2-3 gün ərzində 7 transferi açıqlayacaq. Həmin futbolçuların adlarını təqdim edirik.


1. Ryan Babel - İngiltərinin "Fulhem" klubu ilə müqaviləsi bitdiyi üçün transfer haqqı ödənilməyəcək.


2. Cimmi Durmaz - Fransanın "Tuluza" klubu ilə müqaviləsi bitdiyi üçün transfer haqqı ödənilməyəcək.


3. Valentine Ozornvafor - Nigeriyanın "Enyimba Aba" klubundan transfer olunan 20 yaşlı müdafiəçi təcrübə toplamaq üçün başqa kluba icarəyə veriləcək.


4. Yusuf Erdoğan - "Bursaspor" la müqaviləsi bitdiyi üçün transfer haqqı ödənilməyəcək.


5. Adem Büyük - "Yeni Malatyaspor"la müqaviləsi bitdiyi üçün transfer haqqı ödənilməyəcək.


6. Şener Özbayraklı - "Fənərbaxça" ilə müqaviləsi bitdiyi üçün transfer haqqı ödənilməyəcək.


7. Kristian Luyindama - Qış fasiləsində Belçikanın "Standard" klubundan icarəyə götürələn 25 yaşlı müdafiəçinin transfer hüququ alınacaq.


Fanat.Az

Xəbər lenti