Xəzər Xəbər

Keylor Navas "Real"da qalır

İdman | 16:49 • 28 İyun 2019
Keylor Navas "Real"da qalır

"Real"da Tibo Kurtuanın kölgəsində qalan kosta-rikalı qapıçı Keylor Navası transfer etmək istəyən klub yoxdur.

XəzərXəbər AS nəşrinə istinadən xəbər verir ki, Madrid klubunda illik 5 milyon avro maaş alan qolkiperin maliyyə şərtlərini qarşılayacaq komanda tapılmayıb. Təcrübəli əlcək sahibinin komandada qalacağı gözlənilir.

Xəbərdə "Benfika"nın 32 yaşlı qapıçıya illik 3 milyon avro maaş təklif etdiyi, lakin Navasın bunu qəbul etmədiyi qeyd edilib.

Keylor Navasın "Real"la 2020-ci ilə qədər müqaviləsi qalıb.

Xəbər lenti