Xəzər Xəbər

"Ayaks"ın futbolçusu "Real"ın hədəfində

İdman | 16:45 • 28 İyun 2019
"Ayaks"ın futbolçusu "Real"ın hədəfində

Madrid "Real"ının transfer hədəfində olan daha bir futbolçunun adı bəlli olub.

XəzərXəbər "De Telegraaf"a istinadən xəbər verir ki, İspaniya nəhəngi "Ayaks"ln yarımmüdafiəçisi Donni van de Beeklə maraqlanır.

"Kral klubu"nun "Mançester Yunayted"lə Pol Poqbanın transferində anlaşa bilmir. Bu səbəbdən də hollandiyalı yarımmüdafiəçi madridlilərin maraq dairəsinə düşüb.

"Ayaks"ın 22 yaşlı yarımmüdafiəçini60 milyon avroya satmağa hazır olduğu xəbərdə qeyd edilib.

Van de Beekin Amsterdam təmsilçisi ilə 2022-ci ilə qədər müqaviləsi var. Hollandiya millisinin üzvü ötən mövsüm 57 oyuna 17 qol vurub, 13 assist edib.

Xəbər lenti