Xəzər Xəbər

Məsut Özil üçün "Arsenal"a təklif yoxdur

İdman | 14:47 • 28 İyun 2019
Məsut Özil üçün "Arsenal"a təklif yoxdur

"Arsenal"ın baş məşqçisi Unai Emerinin komandada düşünmədiyi Məsut Özil üçün kluba təklif gəlməyib.

XəzərXəbər "Daily Mail"ə istinadən xəbər verir ki, Türkiyə əsilli almaniyalı futbolçuya təklif gəlmədiyi üçün komandada qalmaq ehtimalı yaranıb.

Çempionlar Liqasından kənarda qalan "Arsenal" yay transferləri üçün 45 milyon funt-sterlinq ayırıb. Yüksək əmək haqqı alan Özil üçün təklif gözlənilir.

Məsutun "topçular"da həftəlik maaşı 350 min funt-sterlinqidr. Bu da ilə20 milyon avro edir.

2013-cü ildən "Arsenal"da çıxış edən 30 yaşlı yarımmüdafiəçinin London klubu ilə iki illik müqaviləsi var.


Xəbər lenti