Xəzər Xəbər

"Mançester Yunayted"dən 55 milyon avroluq transfer

İdman | 17:49 • 27 İyun 2019
"Mançester Yunayted"dən 55 milyon avroluq transfer

"Mançester Yunayted" növbəti transferini açıqlamağa hazırlaşır.

"BBC Sport" xəbər verir ki, "qırmızı şeytanlar" "Kristal Pelas"ın sağ cinah müdafiəçisi Eron Uan-Bissakanı transfer edib. İngiltərənin U-21 millisi 24 saat ərzində tibbi müayinədən keçib, müqavilə bağlayacaq. Bu keçid üçün "Mançester Yunayted" London təmsilçisinə 55 milyon avro təzminat ödəyib. O, Mançester təmsilçisində həftəlik 90 min funt-sterlinq maaş alacaq.

Uan-Bissaka "Kristal Pelas"ın yetirməsidir.

Xəbər lenti