Xəzər Xəbər

"Atletiko" tarixinin ən bahalı transferi 19 yaşlı futbolçuya 126 milyon

İdman | 13:37 • 27 İyun 2019
"Atletiko" tarixinin ən bahalı transferi

"Benfika"nın hücumçusu Joao Feliks "Atletiko"ya transfer edilib.

Bu barədə məlumatı Portuqaliya klubu rəsmən yayıb.

Madrid təmsilçisi Portuqaliya millisinin üzvünün keçidi müqabilində qarşı tərəfə 126 milyon avro ödəyib. 19 yaşlı oyunçunun keçidini ispanlar bu gün açıqlamağı planlaşdırırlar. Feliks bununla "Atletiko" tarixinin ən bahalı oyunçusuna çevrilib.

Futbolçunun meneceri Jorje Mendeş məbləğin 30%-nə sahib çıxacaq. Feliksin yeni komandasında illik məvacibi isə 6 milyon avro olacaq. (Matc.az)

Xəbər lenti