Xəzər Xəbər

İtaliya klubundan "Beşiktaş"a 7 milyonluq təklif

İdman | 16:04 • 26 İyun 2019
İtaliya klubundan "Beşiktaş"a 7 milyonluq təklif

İtaliyanın "Latsio" klubu "Beşiktaş"ın yarımmüdafiəçisi Dorukhan Toközü transfer hədəfinə alıb.

XəzərXəbər "Takvim"ə istinadən xəbər verir ki, Roma təmsilçisi Türkiyə millisinin üzvü üçün İstanbul klubuna rəsmi təklif göndərib. "Latsio" bonuslarla birgə "ağ-qaralar"a 7 milyon avro təklif edib.

Xəbərdə "Beşiktaş"ın 23 yaşlı yarımmüdafiəçi üçün 12 milyon avro tələb etdiyi qeyd edilib.

Qeyd edək ki,Dorukhan Toköz "Beşiktaş"a 2018-ci ildə "Əskişəhərspor"dan keçib.

Xəbər lenti