Xəzər Xəbər

Məşhur futbolçunun transfer qiyməti açıqlandı – 300 milyon avro

İdman | 13:53 • 20 İyun 2019
Məşhur futbolçunun transfer qiyməti açıqlandı

"Barselona” keçmiş futbolçusu Neymarın geri qayıtmasının əleyhinə deyil. Elə braziliyalı hücumçu da yalnız bu haqda düşünür.

Neymarın oynadığı PSJ onu çox baha satır. Paris klubu braziliyalıya 300 milyon avro qiymət qoyub.

Fransa mətbuatı yazır ki, əslində, PSJ Neymarı satmaq istəmir. Yüksək qiymət qoyulmasının səbəbi də budur. Digər tərəfdən, PSJ həm də üç il əvvəl futbolçunu baha almışdı. Onda transfer üçün 222 milyon avro xərcləmək lazım gəlmişdi.

"Barselona” və PSJ ortaq məxrəcə gəlsə, başqa variantlar da var. Məsələn, Fransa klubuna hansısa başqa oyunçunu təklif etmək. "Barselona” Neymara görə Samuel Umtitidən, İvan Rakitiçdən, Usman Dembeledən keçməyə razıdır.

Xəbər lenti