Xəzər Xəbər

"Qarabağ"ın rəqibi müəyyənləşir

İdman | 09:55 • 18 İyun 2019
"Qarabağ"ın rəqibi müəyyənləşir

Bu gün UEFA Çempionlar Liqasında 1-ci təsnifat mərhələsinin püşkü atılacaq.

İsveçrənin Nyon şəhərində keçiriləcək mərasim Bakı vaxtı ilə saat 16:30-da başlayacaq. Püşkdə ölkəmizi qitənin ən nüfuzlu klub turnirində təmsil edəcək "Qarabağ”ın da rəqibi bilinəcək. Reytinqinə görə səpələnmişlər sırasında yer almış Ağdam təmsilçisi ilk raundda özündən nisbətən zəif rəqiblərlə mübarizə aparacaq

Birinci təsnifat mərhələsindən mübarizəyə başlayacaq "Qarabağ"ın 5 potensial rəqibi aşağıdakılardır:


"Valetta" (Malta)

"Sarayevo" (Bosniya və Herseqovina)

"Sutyeska" (Monteneqro)

"Partizani" (Albaniya)

"Saburtalo" (Gürcüstan)

Qeyd edək ki, ÇL-nin 1-ci təsnifat mərhələsinin ilk oyunları 9-10, cavab oyunları isə 16-17 iyul tarixlərində keçiriləcək (Qol.az).

Xəbər lenti