Xəzər Xəbər

Daha bir transfer rekordu qırılır

İdman | 11:46 • 17 İyun 2019
Daha bir transfer rekordu qırılır

Balkan ölkələri üzrə transfer rekordu qırılmaq üzrədi.


Rekord transferin müəllifi Dortmund "Borussiya"sı və "Bayer"in heyətinə qatmaq istədiyi "Dinamo"nun (Zaqreb) futbolçusu Dani Olmo ola bilər.


Almaniyanın "Kicer" və Fransanın "L'Equipe" nəşrlərinin məlumatına görə, iki klub 21 yaşlı yarımmüdafiəçi üçün 25 milyon avro təklif edib. Amma "Dinamo" qəbul etməyib.


"L'Equipe" açıqlama verən Dani Olmonun meneceri Andi Bara "Futbolçu yaxın günlərdə öz qərarını verəcək. Amma əsas qərarı "Dinamo" verməlidi. İndiyədək gələn bütün təkliflər rədd edilib. Bu təkliflər qəbul edilsəydi, bütün Yuqoslaviyanın ən bahalı transferi ola bilərdi. "Dinamo" 40 milyon avroluq təklifi qəbul edəcəyini bildirib" deyib.


Dani Olmo "Barselona" akademiyasının yetirməsidi. O, 2014-cü ildə 200 min avro qarşılığında "Dinamo"ya transfer olunub. 21 yaşlı futbolçu ötən mövsüm Zaqreb klubunun əsas heyətində 44 oyun keçirərək 12 qol vurub və 9 məhsuldar ötürmə edib.


Qeyd edək ki, Balkan ölkələrinin rekord transferi Marko Pyasa hesab olunur. O, 2016-cı ildə Zaqreb "Dinamo"sundan "Yuventus"a 23 milyon avroya transfer olunub.


Fanat.Az

Xəbər lenti