Xəzər Xəbər

Prezident Mbappe və Neymarı PSJ-dən qovmaqla hədələdi

İdman | 10:19 • 17 İyun 2019
Prezident Mbappe və Neymarı PSJ-dən qovmaqla hədələdi

Fransanın PSJ klubunun prezidenti Nasser Əl-Xəlaifi komandanın ulduz oyunçularına münasibətindən danışıb.

Onun sözlərini "France Football” nəşri sitat gətirib.

"Mən ulduzlardan yoruldum və onları daha PSJ-də görmək istəmirəm. Əgər biz bu istiqamətdə hərəkət etməyə davam etsək, onda dalana girəcəyik. Ona görə də bizə dəyişikliklər lazımdır. Bütün oyunçular öz üzərinə daha çox məsuliyyət götürməlidir. Hər şey tamamilə başqa cür olacaq. Oyunçular daha çox işləməli olacaq”, - o deyib.

Prezidentin sözlərinə görə, oyunçular klubda həyatdan həzz almaq və ya dincəlmək üçün deyillər.

"Əgər bu məsələdə kimsə başqa fikirdədirsə, onda qapılar həmişə çıxışa açılmışdır”, - klub prezidenti yekunlaşdırıb.

Qeyd edək ki, PSJ-nin 20 yaşlı futbolçusu Kilian Mbappe dünyanın ən bahalı futbolçusudur. "CIES Football Observatory” tədqiqat mərkəzi hücumçunun qiymətini 252,2 milyon avro qiymətləndirib.

Braziliyalı hücumçu Neymar isə dünyanın ən yüksək maaşlı oyunçuların reytinqində üçüncü yeri tutur. Onun illik gəliri 105 milyon avro təşkil edir./publika.az

Xəbər lenti