Xəzər Xəbər

"Napoli" Xames Rodriqesi transfer edir

İdman | 16:51 • 16 İyun 2019
"Napoli" Xames Rodriqesi transfer edir

İtaliyanın "Napoli" klubu "Real"ın yarımmüdafiəçisi Xames Rodriqesi transfer etməyə hazırlaşır.

Neapollular 27 yaşlı futbolçunu 1 illik icarəyə götürmək üçün Madrid klubuna 10 milyon avro təklif edib. Bundan əlavə, 30 milyon avroluq satın alma şərti də irəli sürülüb.

"La Gazetta dello Sport"un məlumatına görə, tərəflər anlaşmaq üzrədir.

Qeyd edək ki, "Real" Rodriqesi 2014-cü ildə "Monako"dan 75 milyon avroya transfer edib. Kolumbiya millisinin üzvü son iki mövsümü "Bayern"də keçirib.

Xəbər lenti