Xəzər Xəbər

“Qalatasaray”ın borcları 1,5 milyard lirəyə yaxınlaşıb

İdman | 18:40 • 12 İyun 2019
“Qalatasaray”ın borcları 1,5 milyard lirəyə yaxınlaşıb

Türkiyənin "Qalatasaray” klubunun borcunun ümumi məbləği müəyyənləşib.


Bunu İstanbul təmsilçisinin İdarə Heyətinin üzvü Kaan Kançal klubun növbəti Konqresi zamanı açıqlayıb.


Onun sözlərinə görə, "Qalatasaray”ın və bağlı olduğu ortaq layihələrin bu il martın 31-nə olan borcları 3 milyard 19 milyon 200 min lirəyə bərabərdir. K.Kancal klubun 1 milyard 583 min 400 min alacağı olduğunu da qeyd edib.

İstanbul nəhənginin almalı və verməli olduğu məbləğlər arasında fərq isə 1 milyard 435 milyon 800 min lirə təşkil edir.


Qeyd edək ki, ötən ilin sonunda klubun borcları 2 milyard 825 milyon 800 min, alacaqları ilə müqayisədəki rəqəm isə 1 milyard 265 milyon lirə idi.

Xəbər lenti