Xəzər Xəbər

Bu gün "Azerbaijan International 2019" turnirinin final oyunları keçiriləcək

İdman | 13:29 • 9 İyun 2019
Bu gün "Azerbaijan International 2019" turnirinin final oyunları keçiriləcək

Bu gün "Azerbaijan International 2019" turnirinə yekun vurulacaq.


Xezerxeber.az xəbər verir ki, yarışın sonuncu - 4-cü günündə yarımfinal və final qarşılaşmaları keçiriləcək.


Turnirin final oyunları saat 16:00-dan İctimai Televiziya vasitəsilə canlı yayımlanacaq. Beş kateqoriya üzrə keçirilən "Azerbaijan International 2019" turnirinin ümumi mükafat fondu 25 min ABŞ dollarıdır.


"Tokio 2020" Yay Olimpiya Oyunlarına lisenziya xalları qazandıran yarışda 39 ölkədən 248 badmintonçu yarışır.

Xəbər lenti