Xəzər Xəbər

2021-ci ildən Formula 1-də büdcə limiti 175 milyon dollar təşkil edəcək

İdman | 18:16 • 8 İyun 2019
2021-ci ildən Formula 1-də büdcə limiti 175 milyon dollar təşkil edəcək

Beynəlxalq Avtomobil Federasiyasının rəhbərliyi (FIA) komandalara çempionatın yeni reqlament layihəsini göndərib. Yeni qaydalar toplusu əsas etibarilə büdcə vəsaitinin məhdudlaşdırılmasını nəzərdə tutur ki, bu məsələ də artıq yetərincə müzakirə olunub.


AZƏRTAC «Auto Motor und Sport»a istinadla xəbər verir ki, FIA 175 milyon dollar məbləğində limit təklif edib. Büdcəyə dair yeni təklif 2021-2025-ci illərdə qüvvədə olacaq.


Pilotların məvacibləri və güc qurğuları, habelə yol pulları və marketinq layihələri ilə bağlı xərclər həmin məbləğə daxil edilməyib. Kiçik komandalar gileylənirlər ki, hətta bütün bunlar nəzərə alınsa belə, xərclər yenə də hazırda olduğu kimi 250 milyon dollar təşkil edə bilər. Formula 1-in başçıları və FIA rəhbərliyi xərcləri 130 milyon dollara qədər azaltmağa çalışıblar, lakin aparıcı komandalar bu təşəbbüsün qarşısını alıblar. Əlavə edək ki, limitin mövcud olduğu üçüncü ildə büdcə inflyasiya nəzərə alınmaqla artırılacaq.

Xəbər lenti