Xəzər Xəbər

Azərbaycan – Slovakiya oyununun hakimləri açıqlanıb

İdman | 13:28 • 8 İyun 2019
Azərbaycan – Slovakiya oyununun hakimləri açıqlanıb

Futbol üzrə AVRO-2020-nin seçmə mərhələsinin Azərbaycan – Slovakiya oyununun hakimləri müəyyənləşib.

4-cü turun iyunun 11-də keçiriləcək matçını Şotlandiyadan olan hakimlər briqadası idarə edəcək.

Görüşün baş hakimi Con Biton olacaq. Onun köməkçiləri kimi meydana Alan Malvanni və Sin Karr çıxacaq. Dördüncu hakim funksiyasını Donald Robertson yerinə yetirəcək.

"Bakcell Arena”dakı qarşılaşmanın hakim-inspektoru hollandiyalı Yan Uillem Veqerif, UEFA nümayəndəsi rumıniyalı Aurel Mihail İonesku olacaq.

Xəbər lenti