Xəzər Xəbər

Yay transfer pəncərəsinin hazırda ən bahalı transferi reallaşıb

İdman | 09:41 • 8 İyun 2019
Yay transfer pəncərəsinin hazırda ən bahalı transferi reallaşıb

İngiltərənin "Çelsi” klubunun futbolçusu Eden Hazard İspaniyanın "Real Madrid” klubuna transfer olub.


Xezerxeber.az xəbər verir ki, belçikalı yarımmüdafiəçi ilə beşillik müqavilə imzalanıb.


Bildirilir ki, 28 yaşlı cinah hücumçusu tezliklə tibbi müayinədən keçəcək. Sözləşmə şərtləri açıqlanmasa da, mətbuatda bu transferin "Real Madrid”ə 100 milyon avroya başa gəldiyi yazılıb.


E.Hazar 2018/2019-cu illər mövsümündə İngiltərə Premyer Liqasında 37 oyuna 16 qol vurub və 15 məhsuldar ötürmə edib. O, "Çelsi”nin Bakıda "Arsenal”ı 4:1 hesabı ilə məğlub etdikləri final qarşılaşmasında isə "dubl” edib.


Peşəkar karyerasına 2007-ci ildə Fransanın "Lill” klubundan başlayan Eden Hazard 2012-ci ildə "Çelsi”yə keçib. O, kapitanı olduğu Belçika millisində 100 oyuna 30 qol vurub.

Xəbər lenti