Xəzər Xəbər

"Qalatasaray" İngiltərə klubunun futbolçusunu hədəfə aldı

İdman | 16:55 • 6 İyun 2019
"Qalatasaray" İngiltərə klubunun futbolçusunu hədəfə aldı

Türkiyəni Çempionlar Liqasında təmsil edəcək "Qalatasaray" heyətini gücləndirmək üçün axtarışdadır.

"L'Equipe" nəşri xəbər verir ki, İstanbul klubu İngiltərə Premyer Liqasını tərk edən "Fulhem"dən Jan-Mişel Serini heyətinə qatmaq istəyir. Məlumata görə, "sarı-qırmızılar" kot-d-ivuarlı yarımmüdafiəçini bir illik icarəyə götürmək üçün təklif göndərməyə hazırlaşır.

Qeyd edək ki, "Fulhem" 27 yaşlı futbolçunu ötən yay "Nitsa"dan 30 milyon avroya transfer edib.

Xəbər lenti