Xəzər Xəbər

Türkiyə millisində növbəti itki

İdman | 16:40 • 5 İyun 2019
Türkiyə millisində növbəti itki

Türkiyə millisi daha bir itki ilə üzləşib.

XəzərXəbər-in Türkiyə Futbol Federasiyasının saytına istinadən məlumatına görə, "Selta"nın futbolçusu Okay Yokuşlu yığmanın heyətindən çıxarılıb. Buna səbəb onun Yunanıstanla yoxlama oyununda zədələnməsidir.

Yokuşlunun müalicə olmasına baxmayaraq, Avro-2020-nin seçmə mərhələsində Fransa (8 iyun) və İslandiya (11 iyun) ilə görüşlərinə kimi hazır olmayacağı müəyyənləşib.

Fanat.Az

Xəbər lenti