Xəzər Xəbər

Lilian Türamın oğluna 3 klub elçi düşüb

İdman | 15:46 • 5 İyun 2019
Lilian Türamın oğluna 3 klub elçi düşüb

"Lion”, "Marsel” və Dortmund "Borussiya”sı "Genqam”ın hücumçusu Mark Türam uğrunda mübarizəyə başlayıb.

"Top Mercato” xəbər verir ki, sözügedən klublar Liqa 1-dən düşən kollektivin 21 yaşlı oyunçusunu aparmaqla bağlı ciddi problem yaşamayacaq.

Qeyd edək ki, Mark əfsanəvi fransalı müdafiəçinin – Lilian Türamın oğludu. O, son mövsümdə Fransanın elitasında çıxdığı 32 görüşdə 9 top vurub.

Fanat.Az

Xəbər lenti