Xəzər Xəbər

Həbib UFC ilə yeni müqavilə bağladı - Növbəti rəqibi bilindi

İdman | 10:55 • 5 İyun 2019
Həbib UFC ilə yeni müqavilə bağladı - Növbəti rəqibi bilindi
Yüngül çəki dərəcəsində UFC versiyası üzrə son çempion Həbib Nurməhəmmədov sözügedən təşkilatla yeni müqavilə imzalayıb.

Qol.az-ın ESPN nəşrinə istinadən yaydığı xəbərə görə, bu barədə idmançının meneceri Əli Əbdül-Əziz məlumat verib. O, sözləşmənin detalları barədə açıqlama verməsə də, Həbibin bir neçə döyüş keçirəcəyini istisna etməyib.

Rusiyalı döyüşçünün sentyabr ayının 7-də qarşılaşacağı rəqibi də müəyyənləşib. Bu, ABŞ-dan olan idmançı Dastin Puaryedir. Görüş Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Abu-Dabi şəhərində keçiriləcək.

Bundan başqa, yeni müqavilədə Həbibin orta çəki dərəcəsində UFC versiyası üzrə keçmiş çempion, bu ilin fevral ayında karyerasını başa vurduğunu açıqlayan Jorj Sen-Pyerlə mümkün döyüşünün şərtləri də qeyd olunub.

Xəbər lenti