Xəzər Xəbər

PSJ-nin sahibi məşhur İngiltərə klubunu alır

İdman | 16:23 • 4 İyun 2019
PSJ-nin sahibi məşhur İngiltərə klubunu alır

PSJ-nin prezidenti Nasser Əl-Xəlaifi daha bir futbol klubu satın alır.


Qətərli iş adamı bu dəfə İngiltərəyə üz tutub. Belə ki, o, "Lids"in səhmlərini almağı planlaşdırır. Nasser Əl-Xəlaifi artıq İngiltərə klubunun rəhbəri Andrea Radridzani danışıqlara başlayıb. Danışıqların müsbət məcrada davam etdiyi bildirilir.


Qeyd edək ki, "Lids" 2018/19 mövsümündə "Çempionpiş"də 3-cü pillədə başa vursa da, pley-off mərhələsində "Derbi Kaunti"yə uduzaraq Premyer Liqaya çıxmaq şansını itirib.


Fanat.Az

Xəbər lenti