Xəzər Xəbər

Premyer Liqada klubların sayı artırılacaq AFFA-dan QƏRAR

İdman | 13:31 • 4 İyun 2019
Premyer Liqada klubların sayı artırılacaq

AFFA-nın İcraiyyə Komitəsinin növbəti iclası keçirilib.

XəzərXəbər xəbər verir ki, "Dalğa Arena”nın ərazisində yerləşən Milli Komandaların Məşq Mərkəzində keçirilən iclasda aparılmış müzakirələrdən sonra bir sıra qərarlar qəbul olunub:

2019-2020-ci il mövsümündə Azərbaycan Premyer Liqasında komandaların sayı ötən mövsüm olduğu kimi (8 komanda) saxlanılacaq. Premyer Liqada çıxış etmək üçün lisenziya almaq məqsədi ilə Birinci Divizion klublarından heç biri müvafiq sənədləri təqdim etmədiyinə görə Premyer Liqanın 2019-2020-ci il mövsümündə ötən mövsüm mübarizə aparan komandalar çıxış edəcəklər.

Xarici klublarda çıxış edən (baxışa yollanan və müqavilə imzalamaq ehtimalı yüksək olan), milli komandalara dəvət olunan və ya potensial namizəd olan yaşı 21-ə qədər azərbaycanlı futbolçulara dəstək göstərilməsi məqsədilə onların səfər xərci AFFA tərəfindən ödəniləcək.

AFFA-nın "Grow-2020” strategiyasına uyğun olaraq, 2020-2021-ci il mövsümündə Azərbaycan Premyer Liqasında lisenziya şərtlərinə əməl olunacağı təqdirdə, komandaların sayının artırılması nəzərdə tutulur.

Xəbər lenti