Xəzər Xəbər

Məşhur futbolçunun ölümünün təfərrüatları açıqlandı Saatda 237 km sürət

İdman | 20:33 • 3 İyun 2019
Məşhur futbolçunun ölümünün təfərrüatları açıqlandı

İspaniya millisinin sabiq futbolçusu Xose Antonio Reyesin avtomobil qəzasında vəfat etməsinin təfərrüatları bəlli olub.

XəzərXəbər sportal.az-a istinadən xəbər verir ki, 35 yaşlı sabiq futbolçuAlmendralex bölgəsindən Utrerə gedən yolda "Mercedes" markalı maşının idarə etməsini itirib. Bunaavtomobilin sürətinin237 km/saat olan zaman təkərlərdən birinin partlaması səbəb olub. Maşın çox yüksəksürətdə olduğu üçün magistraldan çıxaraq, aşıbvə partlayıb. Məşhur futbolçunun əmisi oğlu da qəzada vəfat edib.

"Sevilya" yetirməsi olan Reyes "Arsenal", "Real", "Atletiko", "Benfika", "Espanyol" kimi klublarda çıxış edib.O, yanvar ayında İspaniya Sequndasında çıxış edən "Ekstremadura" ilə müqavilə imzalamışdı.

Xəbər lenti