Xəzər Xəbər

“Liverpul” Kloppa “qal” dedi

İdman | 17:59 • 3 İyun 2019
“Liverpul” Kloppa “qal” dedi

Çempionlar Liqasının qalibi "Liverpul” klubu baş məşqçi Yurgen Kloppla yeni müqavilə imzalamaq niyyətindədir.

"The Guardian” xəbər verir ki, kluba sahiblik edən "Fenway Sports Group” şirkəti alman mütəxəssisə daha uzunmüddətli müqavilə və daha artıq pul təklif edir.

Klub rəhbərliyi hesab edir ki, Kloppla "Liverpul” yeni "qızıl era”yaimza atacaq.

Qeyd edək ki, hazırda məşqçi ilinə 7 milyon funt sterlinq (15 milyon manat) alır, klubla müqaviləsi isə 2022-ci ildə bitir.

Xəbər lenti